Təbrik edirik!
Azərbaycanda 26-28 aprel 2008 tarixində keçirilən Real Aykido üzrə 7-ci beynəlxalq seminarda Ayki-Citsu və Protekt Servis İdman Cəmiyyətinin prezidenti Cahangir Əliyevi 6-cı DAN Lyubomir Vraçareviç tərəfindən qara kəmər alması münasibəti ilə bütün klubların adından təbrik edirik...
Xəbərlər
Yay tətili
"Aiki-Citsu və Protekt Servis" İdman Cəmiyyətinin keçirdiyi məşqlər ənənəvi olaraq yay tətili ilə əlaqədar dayandırıldı. Davamı...
| AIKIDO.AZ "Aiki-Citsu və Protekt Servis" İdman Cəmiyyətinin İnformasiya Texnologiyaları(İT) şöbəsi cəmiyyətin hər bir üzvü üçün sonu @aikido.az,@azcra.org,@aiki-jitsu.org,@aiki-jitsu.info olan e-poçt ünvanına sahib olmaq üçün imkan yaratdı. Haqqında danışılan e-poçt ünvanına sahib olmaq üçün klubunuzdakı müəllimə müraciət edə bilərsiniz. Xüsusi blankı doldurduqdan sonra sizə e-poçt ünvanı veriləcək. Davamı...
| Tətilin son günləri "Aiki-Citsu və Protekt Servis" İdman Cəmiyyətinin tələbələr üçün ayırdığı ənənəvi iki aylıq tətil vaxtı başa çatmaq üzrədir... Davamı...
|
E-poçt
Real aykido nədir?
Real Aykido müasir aykidonun bazasında yaradılmış effektli və geniş tətbiqə malik özünümüdafiə sistemidir. Real Aykidonun yaradıcısı 10 DAN qara kəmər sahibi, real aykido və ciu-citsu üzrə akademik Lyubomir Vraçareviçdir. Onun çoxillik təcrübəsi, yaponyanın ən yaxşı ustalarından aldığı biliyi sayəsində yüzlərlə texnika ayırmış, dəyişikliklər etmiş və digər döyüş növlərindən aldığı bilikləri əsasında öz aykido stili - real aykidonu yaratmışdır. Real aykido - olduqca effektiv və sərt özünümüdafiə sistemidir. Real aykidonun məhz sərtliyi onun ən vacib amillərindən biridir. Texnikaların kombinasiyası onun konkret vəziyyətlərdə maksimum effektivliyinə nail olmağa imkan verir. Bir texnikadan digərinə keçməklə həmin şəxsin hansı texnikanı istifadə etmək istəyi mümkün olur. Beləliklə, həddsiz imkanları praktikada real aykidonu çoxtərəfli tətbiq etməyə imkan verir.Bu döyüş sənətini ilə məşğul olmaq üçün yaş məhdudiyəəti mövcud deyil. İstənilən yaşda olan hər bir şəxs real aykido ilə məşğul ola bilər. O, yaşlıların, gənclərin və o cümlədə kiçik yaşlı uşaqların da real aykido ilə məşğul olmasında imkan verir. Uşaqlar üçün real aykido akademik Lyubomir Vraçareviç tərəfindən yaradılmış xüsusi metodiki proqramla tədris edilir. Real aykido mühavizəçilər, polis işçiləri, xüsusi təyinatlı dəstələr üçün də olduqca effektivdir. Bunun nəticəsidir ki, Lyubomir Vraçareviç Zimbabve, Serbiya, Makedoniya, Liviya və b. dövlətlərin prezidentlərinin cangüdənlərini və mühavizəçilərini, Rusiya Federasiyasının "Alfa" və "Kobra" adlanan xüsusi təyinatlı polis dəstələrini hazırlamışdır.
|